Ərdoğan: "Ailəvi şəkildə Şuşaya gedəcəyik"


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri barədə açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, Ərdoğan bu barədə Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup iclasında çıxış edərkən deyib. O bildirib ki, səfər çərçivəsində müxtəlif görüşlər həyata keçirəcək: "Brüssel səfəri sonrası İlham Əliyev qardaşımızın qonağı olacağıq. Oradan Şuşaya gedəcəyik. Ailəvi Şuşaya gedərək həm rəsmi görüşləri həyata keçirəcəyik həm də müxtəli yerləri ziyarət edəcəyik. Qardaşım Əliyevlə birlikdə AVRO- 2020 çempionatı çərçivəsində baş tutacaq Türkiyə-Uels matçını izləyəcəyik və Antalyaya yola düşəcəyik".
Qeyd edək ki, Türkiyə-Uels matçı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top