Türkiyə polisi Ermənistandan idarə olunan şəbəkə üzvlərini saxladı


Türkiyənin Mersin əyalətinin Kiber Cinayətlərə qarşı Mübarizə Şöbəsinin 18 əyalətdə keçirdiyi əməliyyat nəticəsində 86 şübhəli şəxs tutulub.
Yeniavaz.com
“TRT haber”ə istinadən xəbər verir ki, saxlanılan qrupun Ermənistanda fəaliyyət göstərən bir veb saytı tərəfindən idarə olunduğu bilinib.
Məlumata görə, saxlanılan şəbəkə 65 milyon lirəlik (12 milyon 866 min 343 AZN) rəqəmsal valyuta platformalarında 190 milyon (37 milyon 609 min 312 AZN) lirə məbləğini idarə edib.
Şübhəli şəxslər müxtəlif  yollarla 273 nəfərin adına rəqəmsal hesab açıb. Onların Ermənistanda qanunsuz yollarla qumar oynatdıqları aşkarlanıb.
Əməliyyat  Mersin, Antalya, Aydın, Batman, Bolu, Bursa, Dənizli, Qaziantep, Giresun, İstanbul, Kayseri, Kırklareli, Kocaeli, Manisa, Muğla, Şanlıurfa, Tekirdağ və Zonguldağda həyata keçirilib.
Şübhəlilərin evlərindən mərc oyunlarının gündəlik, həftəlik, aylıq mühasibat qeydləri, qazanc cədvəlləri, 31 ədəd cib telefonu, 8 kompüter, 23 min 635 türk lirəsi əldə olunub.
Daha 31 nəfərin saxlanılması üçün əməliyyat davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top