Azərbaycanda dövlət müəssisələri bu qiymətə satıldı – MƏBLƏĞ


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 4 dövlət əmlakı özəlləşdirilib.
Yeniavaz.com xəbər verir ki, özəlləşdirilən kiçik dövlət müəssisələri Yardımlı və Oğuz rayonlarında, yarımçıq tikili isə Bərdə rayonunda yerləşir. Bunlardan başqa hərracda Şirvan şəhərində yerləşən "Əli Bayramlı Aqrotəmir" ASC-nin dövlətə məxsus səhm paketi də satılıb.
- Yardımlı rayonu, Deman kəndində yerləşən 231 kv. metr sahəsi olan “Murad” kənd təsərrüfatı müəssisəsi 11 475 manata satılıb.
- Oğuz rayonu, Bucaq kəndində yerləşən 83,9 kv. metr sahəsi (torpq sahəsi 6 700,7 kv. metr) olan qeyri-yaşayış binası 32 500 manata satılıb.
- Bərdə şəhəri, Qasım bəy Zakir küçəsində yerləşən 149,4 kv. metr sahəsi olan yarımçıq tikili (anbar binası) 5 700 manata satılıb.
- Şirvan şəhərində   yerləşən "Əli Bayramlı Aqrotəmir" ASC-nin 32 654 ədədə səhmi (bir ədəd 2 manat) satılıb.

DİGƏR XƏBƏRLƏR

Top