Müəllimlərin işə qəbulu müsabiqəsinə təqdim olunan vakansiyaların sayı açıqlanıb


2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə 1739 vakansiya təqdim olunub.

İdarədən Yeniavaz.com-a verilən məlumata görə, müsabiqə və müsahibələr nəticəsində 2020-2021-ci tədris ilində 1 600 nəfər işə qəbul olunub.
Bunlardan 760 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 580 nəfər müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində, 260 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

DİGƏR XƏBƏRLƏR

Top