Hindistanın şərqində yerləşən Qərbi Benqal ştatında ildırım vurması nəticəsində 27 nəfər ölüb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistan Fövqəladə Halların İdarəolunması Nazirliyindən məlumat verib. Xəbərdə deyilir ki, ildırım müxtəlif tarlalarda işləyən əkinçilərin üzərinə düşüb.
Qeyd edək ki, 2019-cu ildə Hindistanda ildırım vurması nəticəsində təxminən 2900 nəfər ölmüşdü.