İsrailin Suriyaya hücum etdiyi iddia edilir


Bəşər Əsəd rejimi İsrailin Suriyanın paytaxtı Şama və ölkənin mərkəzində yerləşən Homs vilayətinə hücumlar təşkil etdiyini iddia edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “SANA” xəbər agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, İsrailin hücumlarının qarşısı Suriyanın havadan müdafiə sistemləri tərəfindən alınıb.
Məsələ ilə bağlı İsrail tərəfdən heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Şam və Homsda, rejimin inqilab keşikçiləri ilə bərabər İran İnqilab Keşikçiləri Komandirliyində fəaliyyət göstərən xarici terror qruplarına məxsus hərbi nöqtələr də var.

DİGƏR XƏBƏRLƏR

Top