Türkiyə-Azərbaycan qardaşlığı məşhur karikaturada – FOTO


Məşhur karikaturaçı Omar Momani Türkiyə millisinin AVRO-2020-də Bakıda keçirəcəyi oyunlarla bağlı rəsm çəkib.

Yeniavaz.com xəbər verir ki, Momani Xəzər dənizinin sahilində yerləşən Qız qalasını və Alov qüllələrini təsvir edib.

Rəsmin üzərində isə bu sözlər yazılıb: "Qardaşları Türkiyə millisinə özlərini evdəki kimi hiss etdirə biləcək?"

Qeyd edək ki, "ay-ulduzlular" Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. Türkiyə millisi daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.

DİGƏR XƏBƏRLƏR

Top