Cəlilabaddakı faciənin təfərrüatı: Bir-birilərini xilas etmək üçün özlərini suya atıblar – VİDEO – YENİLƏNİB


Cəlilabad rayonunun Gülməmmədli kəndində baş verən hadisənin bəzi təfərrüatları bilinib.
Yeniavaz.com
-un əldə etdiyi məlumata görə, 2004-cü il təvəllüdlü Həsən Rizvan oğlu Yaqubov və 2005-ci il təvəllüdlü Hüseyn Rizvan oğlu Yaqubov ata babalarını ziyarət etmək üçün Türkiyədən gəliblər. Həsən və Hüseynin əmisi Nizami Yaqubov selfi çəkərkən suya yıxılan 7 yaşlı oğlu Həmzə Yaqubovu xilas etmək üçün özünü suya atıb. Əmilərinin suda vəziyyətinin pisləşdiyini görən Həsən və Hüseyn də özlərini suya atıblar. 
Həsən və Hüseyn Yaqubovların atası Rizvan Yaqubovun Türkiyədə Ali məktəblərin birində müəllim işlədiyi deyilir.

***09:48

Cəlilabad rayonunda üç nəfərin ölümü ilə nəticələnən faciəvi hadisənin bəzi təfərrüatları məlum olub.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb.

Belə ki, rayonun İnili kənd sakinləri, 2015-ci il təvəllüdlü Yaqubov Həmzə və onun atası Yaqubov Nizami, həmçinin qardaşlar - 2004-cü il təvəllüdlü Yaqubov Həsən Rizvan oğlu və 2005-ci il təvəllüdlü Yaqubov Hüseyn Rizvan oğlu ehtiyatsızlıqdan İncəçay su anbarına düşüblər.

Su anbarına düşənlərdən yalnız Nizami Yaqubovun həyatını xilas etmək mümkün olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu digər üç şəxsin meyitini taparaq aidiyyəti üzrə təhvil verib.

Məlumata görə, hadisə su anbarının yanında şəkil çəkdirmək istəyən zaman baş verib. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top