Sürücülərin nəzərinə – Bu yol bağlanacaq


Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar trek ətrafında müvəqqəti quraşdırılmış baryer və tikililərin aradan qaldırılması istiqamətində işləri sürətlə davam etdirir.

Bu barədə BŞH-dən Yeniavaz.com-a məlumat verilib.

Əməliyyat Şirkəti ictimaiyyətin diqqətinə çatdırır ki, piyadalar üçün quraşdırılmış yerüstü keçidin sökülməsi məqsədilə İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi nəqliyyatın hərəkəti üçün 9 iyun saat 23:00-dan 10 iyun saat 06:00-dək fasiləli şəkildə bağlı olacaq. Sürücülərdən sözügedən saatlarda alternativ yollardan istifadə etmələri və söküntü işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamamaları xahiş edilib.

DİGƏR XƏBƏRLƏR

Top