Şəmkirdə torpaq çökməsi zamanı 2 nəfər xəsarət alıb – YENİLƏNİB


Şəmkirdə bədbəxt hadisə baş verib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sərxan kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini həyətyanı sahəsində quyuda iş görən zaman torpaq çökməsi baş verib.
Nəticədə quyuda işləyən iki nəfər xəsarət alıb. Hadisə yerinə təcilli tibbi yardım briqadası cəlb olunub.
Onlardan birinin xəsarəti ağır olduğundan xəstəxanaya yerləşdirilib. Digər şəxsin xəsarəti yüngül olub, ona yerində yardım edilib.


***18:42
Şəmkir rayonunda torpaq sürüşməsi baş verib.
Yeniavaz.com
report-a istinadən xəbər verir ki, bir neçə nəfər torpaq altında qalıb.
Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top