Burun əməliyyatından sonra ölən qızla bağlı rəsmi açıqlama


Mayın 11-də Arzu Süleymanovanın “Azər-Türk Med” klinikasında keçirdiyi plastik əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi nəticəsində yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında mayın 15-də ölməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, hazırda iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

DİGƏR XƏBƏRLƏR

Top