Daha bir şəhidin övladı dünyaya gəlib – VİDEO


Vətənin azadlığı uğrunda canından keçərək müqəddəs şəhidlik məqamına yüksəlmiş Fərid Nağıyevin qız övladı dünyaya gəlib.
Yeniavaz.com
xəbər verir ki, dünyaya göz açan şəhid balasına atasının arzusuna uyğun olaraq Anay adı verilib. 
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının nümayəndələri, şəhidin döyüş yoldaşları şəhidin həyat yoldaşını və körpəni ziyarət edib, körpənin doğumu münasibətilə ailə üzvlərinə göz aydınlığı verib, onlara hədiyyələr təqdim ediblər. 
Hazırda xəstəxanadan evə buraxılan ana və uşaq özlərini yaxşı hiss edirlər.

DİGƏR XƏBƏRLƏR

Top