Türkiyədə bu ailə 25 ildir evlərinə qeyri-adi üsulla gedib-gəlir – VİDEO


Türkiyədə yaşayan Yıldız ailəsi evlərinə getməyə yolları olmadığı üçün 25 il əvvəl maraqlı bir üsula əl atıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, ailə evindən işlədiyi çay plantasiyasına relslər üzərində qurduğu qurğu vasitəsilə gedib-gəlir. Sistem pult vasitəsilə idarə olunur.
Ailənin sözlərinə görə sistemin qurulması uzun müddət aparsa da hazırda sözügedən qurğu onların işini daha da asanlaşdırıb. Belə ki, onlar getmək istədikləri yerə 5 dəqiqəyə çata bilirlər.
Qeyd edək ki, ailənin işlədiyi çay plantasiyası ilə evi arasında yolun çəkilməməsinə səbəb əraziyə görə ortaya çıxan narazılıq olub.

DİGƏR XƏBƏRLƏR

Top