İyun ayında Avropa ölkələrində "Aİ-95" markalı benzinin qiyməti – TAM SİYAHI


Əvvəlki aylarda olduğu kimi iyun ayında da Avropa ölkələri arasında “Aİ-95” ("Premium") markalı benzinin ən ucuz qiymətə satıldığı ölkə Rusiya olub. 
Yeniavaz.com məşhur "Autotraveler" portalına istinadən xəbər verir ki, Rusiyada “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 0,56 avro (1,16 manat) təşkil edir.
Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Niderland hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 1,9 avroya (3,9 manat) satılır.
Avropa ölkələri arasında 4-cü sırada olan Azərbaycanda “Aİ-95" markalı benzinin 1 litrinin qiyməti 1 manat 40 qəpiyə (0,68 avro) bərabərdir.
Qeyd edək ki, ötən ay Azərbaycan Avropada “Aİ-95” markalı benzinin ucuz olduğu 2 ölkə olub. Bir neçə gün əvvəl Azərbaycanda “Aİ-95” markalı benzinin bahalanması nəticəsində Belarus və Ermənistan siyahıda önə keçiblər.
"Autotraveler" portalının açıqladığı məlumatda Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti iyun ayında aşağıdaki kimi olub:
Rusiya – 0,56 avro
Belarus – 0,63 avro
Ermənistan – 0,68 avro
Azərbaycan – 0,68 avro
Türkiyə - 0,74 avro
Gürcüstan – 0,79 avro
Ukrayna – 0,88 avro
Moldova – 0,95 avro
Bolqarıstan – 1,06 avro
Bosniya və Herseqovina – 1,09 avro
Şimali Makedoniya – 1,09 avro
Rumıniya – 1,10 avro
Andorra – 1,17 avro
Polşa – 1,17 avro
Albaniya – 1,18 avro
Sloveniya – 1,18 avro
Kipr – 1,23 avro
Macarıstan – 1,23 avro
Litva – 1,24 avro
Avstriya – 1,25 avro
Çexiya – 1,26 avro
Latviya – 1,30 avro
Lüksemburq – 1,30 avro
Monteneqro – 1,31 avro
Serbiya – 1,31 avro
Malta – 1,34 avro
Slovakiya – 1,35 avro
İspaniya – 1,35 avro
Xorvatiya – 1,37 avro
Estoniya – 1,40 avro
Böyük Britaniya – 1,44 avro
İslandiya – 1,44 avro
İrlandiya – 1,47 avro
Belçika – 1,52 avro
İsveçrə - 1,53 avro
Fransa – 1,54 avro
Almaniya – 1,55 avro
Danimarka – 1,56 avro
İsveç – 1,58 avro
Norveç – 1,60 avro
Yunanıstan – 1,61 avro
Finlandiya – 1,62 avro
İtaliya – 1,64 avro
Portuqaliya – 1,69 avro
Niderland – 1,89 avro

DİGƏR XƏBƏRLƏR

Top