Azərbaycanda Vəliyev Rauf İsgəndər oğlunun 9 yaşlı qızı Milana Məlikzadəyə işgəncə verməsinin görüntüləri yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edib.
Yayılan görüntülərdə, sözügedən şəxsin azyaşlının anası ilə görüntülü danışdığı və bu zaman qızına qarşı fiziki zorakılıq etdiyi müşahidə olunur. 9 yaşlı qızın anası olduğu iddia edilən Təranə Rzayevanın isə R. Vəliyevin işgəncələrinə dözməyərək Rusiyaya qaçdığı bildirilir. Onların rəsmi nikah olmadan 10 il birlikdə yaşadıqları iddia olunur.
Həmin kadrları təqdim edirik:
Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a məsələnin araşdırılacağı bildirilib.