Hindistanda COVID-19-a yoluxanların sayı azaldı, sərt karantin rejimi yumşaldıldı


Yeni növ koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan Hindistanda həmin xəstəliyə yoluxan və ölənlərin sayı azalıb.
Yeniavaz.com
“Cumhuriyet”ə istinadla xəbər verir ki, Hindistanda son 24 saatda COVID-19-a 87 min 345 nəfər yoluxub, 2 min 115 nəfər isə ölüb. Bu azalmalar nəticəsində isə başda paytaxt Yeni Dehli olmaqla bir neçə şəhərdə sərt karantin rejimi qismən yumşaldılır.
Qeyd edək ki, Hindistanda koronavirusa yoluxanların ümumi sayı 28 milyon 996 min 949 nəfər, ölənlərin sayı isə 351 min 344 nəfərdir. 27 milyon 341 min 462 nəfər isə müalicə alaraq sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top