Nazirlik saytları təqib edəcək – 3,8 min manat ayrıldı


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən keçirilən tender müsabiqəsi başa çatıb.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Media Təqib Mərkəzi” MMC olub.
Dövlət Vergi Xidməti mətbuatda və televiziyalarda xəbərlərin, sayt və portalların təqib edilməsi xidmətlərinin göstərilməsi üçün “Media Təqib Mərkəzi” MMC-yə 3 min 836 manat 3 qəpik ödəyəcək.
Qeyd edək ki, “Media Təqib Mərkəzi” MMC 21.02.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 20 min manat olan MMC-nin qanuni təmsilçisi Miriyev Elşad Paşa oğludur.

DİGƏR XƏBƏRLƏR

Top