"Silk Vey Holdinq"ə bağlı olan 2 şirkət ləğv olunur – RƏSMİ


"Silk Vey East Aviaşirkəti" MMC (VÖEN: 1201637291) və "Silk Vey İnvestment" MMC (VÖEN: 1200332941) ləğv olunduqlarını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetində yer alıb.
Məlumatda qeyd olunur ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev Beynəlxalq Aeroportuna bildirə bilərlər.
Qeyd edək ki, "Silk Vey East Aviaşirkəti" MMC 25.10.2016-cı il, "Silk Vey İnvestment" MMC isə 29.10.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Bu MMC-lərtin nizamnamə kapitalı müvafiq olarq 100 və 200 manat təşkil edir.  Hər iki MMC-yə Zaur Sənan oğlu Axundov rəhbərlik edir.
Onu da bildirək ki, Zaur Sənan oğlu Axundov eyni zamanda nizamnamı kapitalı 6 milyon 470 min 200 manat olan “Silk Vey Holding” MMC-nin direktorudur.

DİGƏR XƏBƏRLƏR

Top