Almaniya bir neçə COVID-19 peyvəndinin qarışdırılaraq vurulması prosesini araşdırır


Almaniyada aparılan bir araşdırma nəticəsində məlum olub ki, müxtəlif şirkətlər tərəfindən istehsal olunmuş koronavirus peyvəndlərinin qarışdırılaraq vurulması insanlarda güclü immunitetə səbəb olur.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən araşdırma vaxtı alman mütəxəssislər “AstraZeneca” və “BioNTech-Pfizer” peyvəndəndən istifadə ediblər.
Hələ ilkin mərhələsində olan araşdırma Höte universitetində aparılıb. Araşdırmada 340 tibb işçisi iştirak edib. Onlardan bir qrupa 3 həftə vaxtla iki dozalıq “BioNTech-Pfizer” peyvəndi vurulub. Digər qrupa isə "AstraZeneca"nın ilk dozası 70 gün sonra isə "BioNTech-Pfizer" peyvəndinin bir dozası vurulub. Araşdırmalar nəticəsində onların orqanizmində güclü immunitetin əmələ gəldiyi məlum olub.

DİGƏR XƏBƏRLƏR

Top