Azərbaycan xaricə ən çox bu məhsulları satır – SİYAHI


Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 8 milyard dollar, qeyri-neft sektoru üzrə 907,6 milyon dollar təşkil edib.
Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən bildirir ki, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon dollar və ya 25,4% artıb.
2021-ci ilin yanvar-may ərzində meyvə-tərəvəz ixracı 206,1 milyon, pambıq lifi ixracı 109,3 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 39,7 milyon, pambıq ipliyi ixracı 17,8 milyon,  kimya sənayesi məhsullarının ixracı 19,2 milyon, şəkər ixracı 16,3 milyon,  bitki heyvan mənşəli piylər və yağlar  ixracı  13,8 milyon, spirtli və spirtsiz içkilərin ixracı 5,8 milyon və çay ixracı 3,7 milyon dollar təşkil edib.
2021-ci ilin may ayı Azərbaycanın ümumi ixracı 1,6 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac 210,5 milyon dollar olub. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin may ayı ilə müqayisədə 22% və ya 38 milyon dollar daha çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top