Kanadanın baş naziri İslam dini ilə bağlı çağırış etdi


Kanadanın baş naziri Castin Trudeu insanları islamafobiyaya son qoymağa çağırdı.
Yeniavaz.com
xəbər verir ki, Trudeu bu barədə öz tviter hesabında məlumat yayıb. O, Kanadada müsəlman ailənin qəsdən öldürülməsi iddiası barədə danışaraq hadisədən dəhşətə gəldiyini bildirib:
"Artıq Kanadada islamafobiyaya son qoyulmalıdır. İslamofobiyanın bizim cəmiyyətdə yeri yoxdur. Bu çirkin və məkrli nifrətə son qoyulmalıdır".
Qeyd edək ki, Kanadada baş verən avtomobil toqquşması nəticəsində müsəlman ailənin beş üzvündən dördü dünyasını dəyişmişdi. İlkin məlumatlara görə, 20 yaşlı sürücü müsəlman ailəni qəsdən öldürüb.

DİGƏR XƏBƏRLƏR

Top