
Rusiya tərəfindən koronavirus əleyhinə istehsal olunan tək dozalıq “Sputnik V” peyvəndinin qiyməti açıqlanıb.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya səhiyyə naziri Mixail Muraşko məlumat verib. O bildirib ki, “Sputnik V”-nin tək dozalıq vaksininin qiyməti 900 rubldur (21 manat 1 qəpik). Muraşko təqdim olunan qiyməti koronavirusa görə bahalaşma ilə əlaqələndirib.
Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi “Sputnik V” peyvəndini 2020-ci ilin avqust ayında qeydiyyata alıb.