Elməddin Süleymanlı: "Hadisə tirajlandığı kimi deyil, biz kitab oğurlamamışıq" – VİDEO


Kitab oğurlamaqda təqsirləndirilən iki şəxsdən biri - Elməddin Süleymanlı məsələyə aydınlıq gətirib.
Yeniavaz.com
xəbər verir ki, o, məsələ ilə bağlı video-müraciət yayıb. Bildirib ki, bu işə 3 gün əvvəl məhkəmədə xitam verilib və onlar bəraət alıblar. E. Süleymanlı sözügedən videonun 3 gün sonra yayılmasını qarşı tərəfin hiddəti ilə əlaqələndirib. Bildirib ki, kitablar yerindəcə qarşı tərəfə təhvil verilib:
"Biz kitabları oğurlamamışıq. Kitabları yerindəcə onlara təhvil verməyimizə baxmayaraq, xəbəri mediaya ötürərək sanki şiddətə məruz qaldıqlarını bildiriblər. Bu, polis ifadələrində də var. Onlar bunu inkar etdilər. Bizim heç kiminlə prinsipiallığımız yoxdur, biz onlara maddi və mənəvi zərər vurmadığımız və bunu məhkəmə yolu ilə sübut etdiyimiz halda bu məsələni cəmiyyətə qədər apardılar. Aparsınlar... Biz öz adımızdan cəmiyyətə lazımi açıqlama veririk ki, hadisə tirajlandığı kimi deyil, məhkəmə tərəfindən əlimizdə sənədimiz var. Biz o sənədə əsasən günahsızıq və bunu onlayn formada paylaşmağı planlayırıq".
Elməddin Süleymanlının video-müraciətini təqdim edirik:


Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti bu gün paytaxtın Səbail rayonunda yerləşən kitab mağazalarının birindən oğurluq edilməsi barədə məlumat yayıb.
Məlumata görə, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Faktla bağlı saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top