
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Üsküdar rayonunda vətəndaşlarla söhbət edərkən ayaqlarını çarpazlayaraq oturan qadına prezidentin mühafizə xidməti tərəfindən xəbərdarlıq edilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti həftə sonu Üsküdarda dondurma dükanına gedib. Orada həm özünə, həm də vətəndaşlara dondurma sifariş edərək insanlarla söhbət etməyə başlayıb. Həmin vaxt ayaqlarını bir-birinin üstünə aşıraraq oturan qadın mühafizəçilərin diqqətini çəkib. Ərdoğanın mühafizəçiləri həmin qadına xəbərdarlıq edərək fərqli şəkildə oturmasını istəyiblər.
O anlar kameralar tərəfindən qeydə alınıb.