Narkomaniyadan qurtulub prokuror olmaq istəyən qadının həyat HEKAYƏSİ


Narkomaniydan əziyyət çəkən Qinni Burton dəfələrlə həbs edilməsinə və ağır travmalar almasına baxmayaraq universitetə daxil olaraq həyatında yeni bir səhifə açıb.
Yeniavaz.com
xəbər verir ki, "magazine.washington.edu"ya müsahibə verən 3 uşaq anası Qinni Burton uşaqlıq illərində valideynləri səbəbilə ağır travmalar yaşadığını bildirib:
"Atam həbsxanadan çıxdıqdan sonra bir daha geri qayıtmadı. Anam və mən, təəssüf ki, birlikdə narkotikdən istifadə edirdik. İki dəfə birlikdə həbsə düşmüşük. Anam mənə təbii ki, pis nümunə olurdu. Mən isə öz övladlarıma qarşı fərqli davrandım. Övladlarıma həyat barədə çox danışıram, çünki onların mənim yolumu izləmələrini istəmirəm. Bu ağrılı bir yoldur. Heç kimin həmin vəziyyətimə düşməsini istəmirəm. Bəzi vaxtlarda narkomaniyadan xilas olmağı necə bacardığıma təccüblənirəm".
Qinni Burton deyir ki, uşaq ikən ata-anası narkotik maddə ticarəti ilə məşğul olub. Polislər bu səbəblə dəfələrlə evlərinə basqın edib:
"Yadımdadır ki, evimdə narkotik maddələr vardı. Polislər buna görə evimizə hücum etmişdi. Bu kiçik bir uşaq üçün dünyadakı ən qorxunc şeydir. Daha sonra evimizə atamın cinayət ortağı basqın etmişdi. Mənim başıma silah tuşlamışdı. Anamı və məni öldüməklə təhdid edirdi. Mən insanların pis fəaliyyətlərlə məşğul olduğu bir ailədən gəlmişəm. Uşaqlıqda həqiqətən həssas idim. 1997-ci ildən 2000-ci ilədək həbsdə olmuşam. Həmin vaxtlarda köpək təlimləri ilə məşğul olmağa başladım. Həmin heyvanları fiziki qüsurlu insanlara verirdim. Bu, onların həyatlarının rahatlaşmasına kömək edirdi. Həmin iş çox xoşuma gəldi. Həbsxanadan çıxdıqdan sonra da eyni işlə məşğul oldum. Başqa insanlara kömək etmək mənim üçün həqiqətən çox gözəl idi".

Qinni Burton bildirir ki, artıq həyatında bütün zərərli vərdişlərdən uzaqlaşıb. Ailəsi, uşaqları ilə qurduğu həyatı daha da yaxşılaşdıracaq və yüksək vəzifələrdə çalışmaq üçün işlər görəcək:
"Bir müddət ticarətdə çalışdım. Amma bu iş ürəyimcə deyildi. Sonra sosial xidmətlərdə işləməyə başladım. Tezliklə bir sıra proqramlara rəhbərlik etdim. Universitetə daxil olanda hüquqşünas olmaq üçün potensiala sahib olduğumu kəşf etdim. Hədəfim prokuror olmaqdır, çünki bu sahədə islahatlar etmək istəyirəm. Düşünürəm ki, cinayətləri təqib edərkən fərqli işlər görülməlidir. Müdafiə etmək istəmədiyim bir çox cinayət işi var".
 

DİGƏR XƏBƏRLƏR

Top