Doktoranturaya qəbul imtahanlarının keçirilmə vaxtı müəyyənləşib


"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nda dəyişiklik edilib.

Yeniavaz.com xəbər verir ki, qərara əsasən, doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin rəyləri əsasında hər il aprelin 1-dək təsdiq edilir.

​​​​​Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top