Rusiya XİN Aİ-nin tənqidlərinə cavab verdi


Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova NATO-nun baş katibi Yens Stoltenberqin Rusiya və Belarus arasındakı əməkdaşlıq barədə dediklərinə cavab verib.
Yeniavaz.com
xəbər verir ki, Zaxarova bu barədə teleqram kanalında açıqlama yayıb:
“Budur, qərbin nə üçün Belarusun üstünə dəli kimi gəldiyinin cavabı. İki ölkə arasında normal məhsuldar münasibətlər NATO-nun planlarına daxil edilməyib. Bu o deməkdir ki, NATO ölkələrarası münasibətlərin qarşısını almaq üçün ya bir ölkənin, ya da digərinin daxili işlərinə, sonra isə hər ikisinin işinə eyni
Sözçü həmçinin NATO rəsmilərini xəyali təhdidlərlə deyil, ABŞ-dakı daxili terrorizmlə məşğul olmağa dəvət edib.
Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika İttifaqı üzvlərinin Rusiya və Belarus arasındakı əməkdaşlıqdan ciddi şəkildə narahat olduqlarını dilə gətirib.

DİGƏR XƏBƏRLƏR

Top