
Gürcüstan-Ermənistan arasında pandemiya səbəbilə dayandırılan dəmir yolu nəqliyyatı yenidən bərpa edilir.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bu barədə Gürcüstan iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava deyib. O bildirib ki, ilk qatar iyunun 15-də yola düşəcək: "Ermənistanla Gürcüstan arasında dəmir yolu əlaqəsi bərpa edildi. Artıq 15 iyunda ilk qatar İrəvandan Tiflis vasitəsilə Batumiyə yola düşəcək".
Xatırladaq ki, Ermənistan və Gürcüstan arasında sərnişin qatarlarının hərəkəti 2020-ci ilin martından etibarən dayandırılmışdı.