Mustafa Cecelinin konserti ilə bağlı DİN-dən AÇIQLAMA – VİDEO


Məşhur türkiyəli müğənni Mustafa Ceceli Bakıda xeyli sayda insanın iştirakı ilə konsert verib.
Yeniavaz.com
xəbər verir ki, müğənni bu barədə özünün sosial şəbəkələrdəki səhifələrində paylaşım edib və konsertdən görüntüləri yayıb.
Lakin kadrlarda karantin qaydalarının pozulduğu və sosial məsafəyə riayət olunmadığı görünür.
Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Anar Qafarov Yeniavaz.com-a  bildirib ki, sözügedən tədbir açıq havada təşkil olunub:
“Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin məkanda xüsusi karantin qaydalarının pozulması aşkar edilib. Orada iştirak edən şəxslərə və təşkilatçılara xəbərdarlıq edilib”.

DİGƏR XƏBƏRLƏR

Top