Mingəçevirli məktəbli Avropa olimpiyadasına vəsiqə qazanıb - VİDEO


Mingəçevirli məktəbli Avropa coğrafiya olimpiyadasına vəsiqə qazanıb.

Yeniavaz.com xəbər verir ki, şəhər 13 saylı tam orta məktəbin iki şagirdi respublika fənn olimpiadasının seçmə turunda iştirak edərək 1 qızıl, 1 gümüş medal əldə ediblər. 11-ci sinif şagirdi Yaqub Əhmədov gümüş, 9-cu sinif şagirdi Arif Həsənov isə qızıl medala sahib olub. Şagirdlərin qazandığı uğur həm məktəb rəhbərliyini, həm də onlara illərdir coğrafiya fənninin sirrlərini öyrdən müəllimi sevindirib.  
Hələ uşaq yaşlarından xəritələrə olan marağı Arif Həsənova coğrafiya fənnini sevdirib. Respubilka fənn olimpiadasında qazandığı qızıl medal isə ona Avropa Coğrafiya olimpiadasına vəsiqə qazandırıb.

Qeyd edək ki, Mingəçevir şəhər 13 nömrəli tam orta məktəbinin daha bir şagirdi isə idman sahəsində uğurlu nəticə göstərib. Tofiq Bayramov Slovakiyanın paytaxtı Bratislavada keçirilən beynəlxalq yarışın qalibi olub. 17 yaşlı idmançı yeniyetmələrin bir nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə qızıl medal qazanıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top