Ramiz Əzizbəylinin son durumu açıqlanıb


Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin son durumu açıqlanıb.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, sənətçinin qızı Xədicə Əzizbəyli atasının vəziyyətinin stabil-ağır olaraq qaldığını bildirib.
“Atamın vəziyyəti olduğu kimi qalır. Reanimasiya şöbəsində müalicəsini davam etdirir. Həkimlər əllərindən gələni edirlər. Atamın yanaşı xəstəlikləri olduğu üçün 100 faiz dəqiq heç nə deyə bilmirlər. Ümumilikdə vəziyyəti ağır sayılır”, - o deyib.
Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top