Gömrük Komitəsi bücəyə daha az vəsait ödəyib – SON RƏQƏMLƏR


Bu ilin may ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 347 milyon 635 min manat həcmində vergi və rüsumlar daxil olub.
Yeniavaz.com Komitənin açıqladığı göstəricilərə istinadən bildirir ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2% və ya 578,4 min manat az olub.
May ayında qeydə alınan gömrük ödənişləri əvvəlki ayla müqayisədə isə daha çox azalıb. Belə ki, bu ilin aprel ayında Gömrük Komitəsinin xətti ilə bücəyə 370 milyon 847,5 min manat ödənilib ki, bu da may ayındakından 6,3% və ya 23 milyon 212,5 min manat çox olub.
May ayında dövlət büdcəsinə gömrük rüsumları üzrə 92 milyon 735,3 min manat, ƏDV üzrə 240 milyon 679,2 min manat, Aksizlər üzrə 11 milyon 2,7 min manat, yol vergisi üzrə isə 3 milyon 217,8 min manat daxil olub.

DİGƏR XƏBƏRLƏR

Top