FHN modul tipli hospital üçün tibbi avadanlıqlar və ləvazimatlar alır


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb XidmətininTibb Mərkəzi tender müsabiqəsi (təkliflər sorğusu) elan edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, FHN-nin Tibb Xidmətinin Tibb Mərkəzinin modul tipli hospitalının fəaliyyətini təşkil etmək məqsədilə aşağıdakı tibbi avadanlıqları və ləvazimatları satın alır.
Laboratoriya reaktivlərinin alınması,
Dərman vasitələrinin, sarğı ləvazimatlarının və materialların alınması,
Xüsusi tibbi geyimlərin alınması,
Pasient və çalışan işçilərin hər gün qida ilə təmin olunması,
Tibbi məsrəf materialların alınması,
 Oksigen təminatının təşkil olunması,
Tibbi avadanlıqlara servis xidmətinin ğöstərilməsi.
Elanda bildirilir, təkliflər sorğusunda iştirak etmək istəyənlər iyunun 17-si saat 17:00-a qədər Bakı şəhəri, Biləcəri qəsəbəsi, Rəşad İsmaylov küçəsi, 124 (Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzi) ünvanına müraciət edə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top