Qadın və kişilər neçə yaşlarında evlənirlər? – Ölkələr üzrə SİYAHI


Azərbaycanda rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 29,4, qadınların orta yaş həddi isə 24,7  olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 1991-ci ildə - Azərbaycan müstəqillik əldə etdiyi zaman rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 26,8, qadınların orta yaş həddi isə 23,3  olub.
Məlumat üçün bildirək ki, dünyada ən gec evlənən kişi və qadınlar İrlandiya vətəndaşları hesab olunur. BMT tərəfindən aparılan araşdırma göstərir ki, İrlandiyada rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi  36,8 olub. Ən gec evlənən qadınlar da İrlandiyada yaşayır. Bu ölkədə rəsmi nikaha daxil olan qadınların orta yaş həddi 34,8 olub.
Araşdırma aparılan ölkələr arasında kişilər arasında ən aşağı evlilik yaşı Mozambikdə qeydə alınıb.  Mozambikdə rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 23,4 olub. Qadınlar arasında isə orta nikah yaşının ən aşağı olduğu ölkə Əfqanıstan olub və bu ölkədə qadınlar 15 yaşında nikaha daxil olurlar.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi Azərbaycanda rəsmi nikaha daxil olan kişi və qadınların orta yaş həddi arasında 4,7 yaş fərq var.
Kişilər və qadınlar arasında ən az yaş fərqi olan ölkə İrlandiya hesab olunur. İrlandiyada bəylər  gəlinlərdən orta hesabla cəmi bir yaş böyük olur.
Kişilər və qadınlar arasında ən çox yaş fərqi olan ölkə isə Əfqanıstan hesab olunur. Əfqanıstanda evlənən kişi və qadınılar arasında yaş fərqi orta hesabla 8,5 il olur.
Asiyada ən yüksək evlilik yaşı Cənubi Koreyada qeydə alınıb. Bu ölkədə qadınlar üçün orta nikah yaşı 31,5, kişilər üçün isə 34 yaş olub.
Azərbaycanla qonşu olan ölkələrdə rəsmi nikaha daxil olan kişi və qadınların orta yaş həddi aşağıdakı kimi olub:
  Kişilər Qadınlar
Gürcüstan 29,9 26,6
Azərbaycan 29,4 24,7
Ermənistan 29,4 26,3
Türkiyə 27,8 24,8
Rusiya 27,4 24,9
İran 27,4 23,8
Qazaxıstan 26,9 24,3

DİGƏR XƏBƏRLƏR

Top