Zelenski: "Müstəqilliyimiz təhlükə altındadır"


Ukrayna prezidenti Vladimir Zelenski NATO-ya üzv olmaq üçün növbəti dəfə çağırış edib.
Yeniavaz.com
xəbər verir ki, Zelenski "Axios" agentliyinə verdiyi müsahibəsində Ukraynanın təhlükədə olduğunu dilə gətirib: "Biz hazırda təhlükə altındayıq, müstəqilliyimiz təhlükədədir və hazırda köməyə ehtiyacımız var. NATO-ya üzvlük məsələsi ən qısa müddətə həll edilməlidir".
Qeyd edək ki, NATO sammiti 14 iyunda Brüsseldə baş tutacaq. Həmin Sammitdə ABŞ prezidenti CO Bayden də iştirak edəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top