Kamala Harrisin təyyarəsi məcburi eniş etdi


ABŞ-ın vitse-prezidenti Kamala Harrisin təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra nasazlanıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə siyasətçinin baş məsləhətçisi və mətbuat katibi Simone Sanders məlumat verib. O bildirib ki, təyyarə uçuş edərkən nasazlıq baş verib:
"Vitse-prezidentin təyyarəsində texniki problem olub. Mütəxəssislər havaya qalxarkən şassidən qeyri-adi bir səs çıxdığını bildiriblər. Ancaq eniş edərkən eyni problem özünü göstərməyib. Kamala Harrisin vəziyyəti isə yaxşıdır".

DİGƏR XƏBƏRLƏR

Top