Vətən müharibəsi şəhidi dəfn edilib – FOTOLAR + YENİLƏNİB



Vətən müharibəsində şəhid olan Əkbər Məsimov anadan olduğu Ağdaş rayonunda dəfn olunub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, şəhid hərbçinin nəşi Ağdaşın Qaradeyin kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində ailə üzvləri, yaxınları, hərbçilər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin, rayon İcra hakimiyyətinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, qazilər, gənclər iştirak edib.
Mərasimdə şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz!", "Qarabağ bizimdir, bizim olacaq!”, "Ən böyük əsgər, bizim əsgər!" şüarları səsləndirilib.
Şəhidin nəşi hərbi orkestrin müşayiəti ilə torpağa tapşırılıb, yaylım atəşi açılıb.





***18:14

Vətən müharibəsinin şəhidi Əkbər Məsimovla anadan olduğu Ağdaş rayonunda vida mərasimi keçirilir.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, şəhid hərbçinin nəşi Ağdaşın Qaradeyin kəndinə, yaşadığı evə gətirilib.
Şəhid hərbçi Qaradeyn kənd qəbiristanlığında dəfn olunacaq.





***09:43
Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilməklə, doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən Yeniavaz.com-a bildiirlib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilən, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülmüş, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata kecirilmiş əmaliyyat-istintaq tədbirlərinin nəticəsində, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

"Bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilir ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məsimov Əkbər Yunis oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik", - Mətbuat xidmətindən bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top