Qardaş ölkədə baş verən qəzada ölənlərin sayı 40-a çatdı – VİDEO – YENİLƏNİB


Pakistanın cənubundakı Dharki şəhəri yaxınlığında qatar toqquşması nəticəsində ölənlərin sayı 40-a çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb. Hadisə nəticəsində 120-dən çox insanın yaralandığı bildirilib. Qəza yerində xilasetmə işləri davam etdirilir.


***08:00

Pakistanda iki qatarın toqquşması nəticəsində 36 nəfər həlak olub.

Yeniavaz.com bu barədə Pakistan telekanalına istinadən məlumat verir.

Bildirilir ki, qəza ölkənin cənubunda qeydə alınıb. Qəza nəticəsində 50 nəfər xəsarət alıb. Hadisə zamanı 14 vaqon aşıb. Eyni zamanda 8 vaqon tamamilə sıradan çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top