Ermənilər Ağdamda iki bacının qəbrinin arasından səngər qazıblar – FOTO


Ermənilər Ağdamda iki bacının məzarının arasından səngər qazıblar.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı fotonu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter səhifəsində paylaşıb.

H.Hacıyev bildirib ki, Səringül və Təyyarə bacıları həyatda olduqları qədər, ölümdə də yaxın idilər:

“Ağdamdakı qəbir daşları ermənilərin qazdıqları səngərlə ayrılıb. Erməni vandalizminin mahiyyətini və miqyasını təsvir etmək üçün sözlər kifayətsizdir.  Hətta qəbiristanlıqlara da aman vermədilər”.

DİGƏR XƏBƏRLƏR

Top