Bu tarixdən qadınların pensiya yaşı 6 ay artacaq


Xəbər verdiyimiz kimi, Azərbaycanda qadınların və kişilərin pensiya yaşı 65-ə çatdırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu, "Əmək pensiyaları haqqında" qanunda əksini tapıb.
“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Kişilərdə ötən il iyulun 1-də 65 yaş tamamlanıb və proses dayanıb. Qadınlarda isə ötən il iyulun 1-də həmin yaş 62 olub və 65 yaşa qədər proses davam edir. Bu səbəbdən də iyul ayının 1-də qadınların pensiya yaşı daha 6 ay artırılacaq. Yəni, hazırda qadınlar 62 yaşında pensiyaya çıxa bildikləri halda, 1 iyul tarixindən 62 yaş 6 ay tamam olmadan pensiyaya çıxa bilməyəcəklər. 2022-ci ilin 1 iyun tarixindən etibarən isə qadınların pensiya yaşı daha 6 ay artırılaraq 63 yaşa çatdırılacaq. 

DİGƏR XƏBƏRLƏR

Top