Formula 1 Azərbaycan Qran-prisində əsas yarışı – VİDEO


İyunun 6-da saat 16:00-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsinə start verilib.

Qran-Pridə hər birində iki pilot olan on komanda mübarizə aparır. Ötən gün keçirilmiş sıralanma yürüşünün nəticələrinə əsasən pilotların düzülüşü aşağıdakı kimidir: Şarl Lekler (“Ferrari”), Luis Hamilton (“Mercedes”), Maks Ferstappen (“Red Bull Racing Honda”), Pyer Qasli (“AlphaTauri”), Karlos Sayns (“Ferrari”), Serxio Peres (“Red Bull Racing Honda”), Yuki Tsunoda (“AlphaTauri”), Fernando Alonso (“Alpine”), Lando Norris (“McLaren”), Valtteri Bottas (“Mercedes”), Sebastian Fettel (“Aston Martin”), Esteban Okon (“Alpine”), Daniel Rikkardo (“McLaren”), Kimi Raykkonen (“Alfa Romeo”), Corc Rassel (“Williams”), Nikolas Latifi (“Williams”), Mik Şumaxer (“Haas”), Nikita Mazepin (“Haas”), Lens Stroll (“Aston Martin”) və Antonio Covinatsi (“Alfa Romeo”).
Pilotlar uzunluğu 6 kilometr, yürüş marşrutunun ümumi məsafəsi isə 306 kilometr olan Bakı şəhər halqasında iki saat ərzində 51 dövrə vuracaqlar. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top