Paşinyan Şuşa döyüşlərindən danışdı: “Dəstək qrupu yarım gün gecikdi...”


Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan vəzifəsini icra edən Nikol Paşinyan Şuşa döyüşlərdindən danışıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Paşinyan Şuşada məğlub olmalarının günahkarı kimi Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Onik Qasparyanı göstərib. O bildirib ki, Şuşa əməliyyatlarına görə Qasparyan mühakimə olunmalıdır:
“Onik Qasparyan Şuşanın itirilməsinə görə hələ cavab vermədi. O, məhkəmə qarşısına çıxarılmalıdır. Şuşaya kömək etməli olan dəstək qrupu yarım gün gecikdi. Bu niyə baş verdi?.
Xatırladaq ki, Qasparyan vəzifədə ikən fevralın 25-də Paşinyanı istefaya çağırmışdı. Bu hadisə dünyada bir çox ölkə tərəfindən hərbi çevrilişə cəhd kimi qiymətləndirilmişdi. Daha sonra Onik Qasparyan vəzifədən uzaqlaşmışdı.

 

DİGƏR XƏBƏRLƏR

Top