Rusiya və Türkiyə vətəndaşlarının Azərbaycana səyahəti ilə bağlı qaydalar yüngülləşdirildi


İyunun 10-dan etibarən Azərbaycan Respublikasını tərk edərkən Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarından COVID-19-a dair PCR testi tələb olunmayacaq.

Yeniavaz.com xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edib.

Qeyd edək ki, qərara əsasən, Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına 2021-ci il 10 iyun tarixindən etibarən hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir. Bu zaman bu ölkələrin yaşı 18-dən yuxarı olan vətəndaşları yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında, 1–18 yaş arasında olan vətəndaşları isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq sənəd əsasında Azərbaycana hava nəqliyyatı vasitəsi ilə səfər edə biləcəklər.

Ancaq Rusiya və Türkiyə vətəndaşlarından Azərbaycanı tərk edərkən COVID-19-a dair PCR testi tələb olunmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top