Yevlaxda sərnişin "Vito"nun altında qalaraq öldü – FOTO


Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı - Qazax yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində avtovağzalın yanındakı 4 yolda qeydə alınıb.

Hadisə zamanı VAZ-21015 markalı avtomobillə "Mercedes-Vito" markalı avtomobil toqquşub. Gəncə istiqamətindən gələn "Mercedes-Vito", Yevlax şəhərindən çıxan VAZ 21015 avtomobili tərəfindən vurulub. Nəticədə "Vito" aşaraq bir neçə metr sürüklənib. Zərbə zamanı "Mercedes-Vito" avtomobilinin içində olan bir qadın sərnişin maşının altında qalaraq dünyasını dəyişib.

(report)

DİGƏR XƏBƏRLƏR

Top