Baydenlə Putinin müzakirə edəcəyi mövzular açıqlandı


ABŞ lideri Co Bayden və Rusiya lideri Vladimir Putinin görüş zamanı danışacağı mövzular açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya və Orta Asiya üzrə baş direktoru Erik Qrin məlumat yayıb. O bildirib ki, hər iki liderin müzakirə edəcəyi mövzular arasında strateji sabitlik və qarşılıqlı münasibətlər yer alıb: "Xüsusilə strateji sabitliyin təmin edilməsi, kiber təhlükəsizlik və Amerikadakı diplomatik nümayəndəliklərin Rusiyadakı işi ilə bağlı geniş mövzulara toxunulacaq. Liderlər bundan əlavə İran, Şimali Koreya, Suriya, Əfqanıstan, Arktika, iqlim dəyişikliyi problemi barədə də danışacaqlar".
Xatırladaq ki, Putin və Biden arasındakı görüş 16 iyunda Cenevrədə baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top