ABŞ Əfqanıstana 266 milyon dollar yardım ayırdı


"Rəsmi Vaşinqton Əfqanıstana 266 milyon dollar məbləğində yardım edəcək". 
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken məlumat yayıb. Onun sözlərinə görə, bu məbləğlə birlikdə ABŞ-ın 2002-ci ildən bu günə qədər Əfqanıstana göndərdiyi yardımın ümumi həcmi 3,9 milyard dollara çatıb. Blinken bildirib ki, Əfqanıstanda təxminən 18 milyon insanın köməyə ehtiyacı var. ABŞ-ın yardım paketi onlardan bir çoxunu mənzil, tibbi xidmət, su və qida ilə təmin edəcək. 

DİGƏR XƏBƏRLƏR

Top