Şəhidlik zirvəsinə ucalan Əlibəyli Mikayılın nakam həyat hekayəsi… - VİDEO


Vətənini canı qədər sevən, 44 günlük Vətən müharibəsində ən uca zirvəyə - Şəhidlik zirvəsinə ucalan Əlibəyli Mikayılın nakam həyat hekayəsi…

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə son damla qanına qədər vuruşan qəhrəmanlarımızdan biri də Mingəçevirdən olan şəhid Əlibəyli Mikayıl Xalqverdi oğludur. Bu günlərdə şəhidin ailəsini ziyarət etdik. Ziyarətə Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit polkovnik leytinant, Seymur Hidayətovla getdik. Şəhidin valideyinləri bu görüşdən mənun olduqlarını bildirərək qeyd etdilər ki, bu görüşlərə çox ehtiyac var. Almaz xanım Əliyeva deyir ki, onlara heç nə lazım deyil: "Sadəcə  könlümüzü alın, bizimlə həmsöhbət olun". Elə biz də bu məqsədlə gəldiyimizi bildirdik.

Almaz xanım gününün çox hissəsini şəhidlər xiyabannda keçirir. Deyir, bu yara heç vaxt sağalmayacaq: "Mikayıl mənim sirdaşım, dayağım idi. Bütün çətinliklərdə yanımda idi. Məni qucaqlayanda özümü onun yanında uşaq kimi hiss edirdim. Nişanlı idi, arzuları çox idi. Hər dəfə zəng edəndə, nişanlısına onu gözləməsini deməyini sitəyirdi, deyirdi ki, mütləq qayıdacaq".
Qeyd edək ki, Əlibəyli Mikayıl Mingəçevir şəhərində 1992-ci ildə anadan olub. Orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhərində hərbi xidmətdə olub. idmətdən qayıtdıqdan sonra Bakı şəhərində bir müddət şirniyyat sexində çörəkçi olub. İki il müddətə yaxın isə  Mingəçevirdə çörəkçi kimi işləyib. Vətən müharibəsi başlayanda  hərbi səfərbərlikə vətənin müdafiəsinə yola  düşüb. Tərtər, Ağdərə, Suqovuşan uğrunda gedən döyüşlərdə düşmənə qarşı döyüşüb və Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasın şəhidlikzirvəsinə ucalıb. Oktyabrın 6-da şəhid olub, oktyabırn 7-də Mingəçevir şəhidlər Xiyabanında dəfn edilib. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif  edilib. 
Hər biri bir qəhrəmanlıq dastanı olan bu şəhidlərlə qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top