Vəkil Abdullayevin öldüyü hadisədə polisə müqavimət göstərən azərbaycanlı həbs edildi


Rusiyanın Novosibirsk vilayətində polisə müqavimət göstərən azərbaycanlı İlkin İsmayılov həbs olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İnterfax” xəbər yayıb. Verilən məlumatlara görə, İlkin İsmayılov polisi təhqir etdiyinə və tabe olmadığına görə, 4 avqust tarixinə qədər həbs olunub.
Xatırladaq ki, 28 mayda Novosibirskdə rusiyalı polislər sürət həddini aşan avtomobili saxlayıblar. Daha sonra sübhəli şəxslər şəxsiyyətin müəyyən olunması üçün hüquq mühafizə orqanı əməkdaşları tərəfindən xidməti avtomobilə tərəf aparılıb. Bu vaxt hər iki azərbaycanlı müqavimət göstərməyə başlayıb. Polis isə onlardan biri - 19 yaşlı Vəkil Abdullayevə qarşı güc işlədərək gəncin qollarını burub avtomobilin üzərinə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapancadan atəş açılıb. Hadisə nəticəsində 19 yaşlı azərbaycanlı dünyasını dəyişib. 

 

DİGƏR XƏBƏRLƏR

Top