Şəhid Eldəniz Verdiyev dəfn olundu – FOTOLAR + YENİLƏNİB


Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Eldəniz Rabil oğlu Verdiyev dəfn olunub .
Yeniavaz.com
xəbər verir ki, o, Göygöl şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfndə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak ediblər.



***10.50

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Eldəniz Verdiyevlə vida mərasimi keçirilir.

Şəhidin nəşi ailəsinin yaşadığı Göygöl rayon Murovdağ qəsəbəsindəki evə gətirilib.

Vida mərasimdə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edir.

Vida mərasimi başa çatdıqdan sonra Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Kəlbəcər rayonunun Seyidlər kənd sakini Verdiyev Eldəniz Rabil oğlu 1999-cu ilin oktyabr ayının 4-də anadan olub. Ailəsi müvəqqəti olaraq Göygöl rayon Murovdağ qəsəbəsində məskunlaşıb. Şəhid E.Verdiyev subay idi.

Xatırladaq ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər kimi xidmət etmiş şəhidimiz Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top