Kəlbəcərdə şəhid olan Arif Əliyev dəfn olundu – YENİLƏNİB


Kəlbəcər rayonunun Susuzluq kənd istiqamətində media nümayəndələri ilə birgə minaya düşərək həlak olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini 1983-cü il təvəllüdlü Arif Ağalar oğlu Əliyev dəfn olunub.

Yeniavaz.com xəbər verir ki, onun cənazəsi Göygöl rayonunda yerləşən Kəlbəcər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

***11:27

Kəlbəcər rayonunun Susuzluq kənd istiqamətində media nümayəndələri ilə birgə minaya düşərək dünyasını dəyişən Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevlə vida mərasimi keçirilir.

Yeniavaz.com xəbər verir ki, Kəlbəcər rayon Susuzluq kənd sakini, 1983-cü il təvəllüdlü Arif Ağalar oğlu Əliyev 2012-ci ildən bu vəzifədə çalışıb. 

Arif Əliyev ailəli idi. Üç övladı vardı.

Qeyd edək ki, A.Əliyev bir neçə media nümayəndələri ilə birgə işğaldan azad olunmuş ata-baba yurdu olan Susuzluq kəndinə gedən zaman onlarinda içərisində olduğu "KAMaz" markalı sərnişin avtomaşınla ermənilər tərəfindən basdırılan tank əleyhinə minaya düşüblər. Nəticədə onunla yanaşı 2 media nümayəndəsi dünyasını dəyişib, daha 4 nəfər isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top